(SMM) Sosial Media Marketinq nədir və peşəkar şəkildə necə idarə etmək olar?

Sosial medianın həyatımızın bütün sahələrində olduğunu inkar edə bilmərik. Demək olar ki, günümüzdə hər kəs sosial media istifadəçisidir. Lakin sosial mediadan aktiv istifadə etmək hələ
sosial medianı uğurla istifadə etmək demək deyil. Facebook, İnstagram, Linkedin və s. kimi platformların istifadəsi sadə saxlanılsa da, professinal şəkildə idarəsi üçün mütləq düzgün istifadə
etmək lazımdır. Çünki ən kiçik səhv addım fayda qazanmağın qarşısını alır. Üstəlik səhv bir addım atmaq mövcud büdcənin lazımsız xərclənməsinə səbəb ola bilər. Bunu düzgün və yararlı şəkildə etmək lazımdır ki, özünüzü, işinizi və ya şirkətinizi insanlara çatdıra biləsiniz. Sosial mediadakı varlığınızı qorumaq vacibdir və nəzərə alsaq ki, bir çox insanın sizinlə birbaşa üz-üzə görüşmək imkanı yoxdur. Belə olan halda sizə və şirkətinizə çatmaq istəyən birisi sosial media platformalarında haqqınızda məlumat əldə edə bilər və daha da əhəmiyyətlisi görüşmədən, qarşılıqlı əlaqə qurmadan sizin haqqınızda fikir əldə edə bilər.

Sosial Media Marketinq vasitəsilə siz özünüzü və ya markanızı lazım olan kütləyə daha rahat, çox vaxt sərf etmədən və həddindən artıq pul xərcləmədən çatdıra bilərsiniz. Bunun üçün nə etməliyik?
Sosial şəbəkələrdən professional şəkildə istifadə etməyə qərar verdiyiniz təqdirdə SMM strategiyasına ehtiyac yaranır. Bu strategiya markanızın digər şirkətlərlə rəqabət aparmasına kömək edir və yarana biləcək problemlərin və boş xərclərin qarşısını alır. Sosial medianın düzgün istifadəsi ilə istənilən qədər auditoriya kütləsi toplayaraq reklam etmək mümkündür.

Sosial Media Marketinq vasitəsilə hansı məsələləri həll etmək mümkündür?

  • Təklif olunan malın və ya xidmətin tanıtımı (Brendləşməsi)
  • Auditoriyanızla ünsiyyət və qarşılıqlı əlaqələrin yaxşılaşdırılması
  • Müştərilərinizi dinləmək və tələblərini, maraqlarını öyrənmək imkanı
  • Daha yaxşı müştəri məmnuniyyəti
  • Şirkət saytlarına daxil olanların sayının artırılması.

Sosial medianızı planlı şəkildə idarə olunması sizə hər zaman uğur gətirəcək. Sosial mediadan aktiv istifadə edən şirkətlər, şəxslər istifadə etməyənlərdən bir neçə addım qabaqdadırlar desək yanılmarıq. Əsas odur ki, sosial medianı düzgün istifadə etməyi bilməliyik.