ELMİR HÜMBƏTOV

ELMİR HÜMBƏTOV

[dt_sc_testimonial type=”type5″]Mən Hümbətov Elmir “Design Street” şirkətinin marketinq meneceri. Bakı şəhərində yaşayıram. Orta təhsilimi 194 saylı məktəbdə almışam. Ali təhsilimi Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və İnformasiya fakültəsində almışam. İş fəaliyyətimə Bakıda keçirilən ilk Avropa oyunlarında könüllü işləməklə başlamışam. Daha sonra Asan xidmətdə könüllü kimi fəaliyyət göstərmişəm. İncəsənətlə, teatrla həmişə maraqlanmışam. Ona görə də teatr truppasında könüllü yer almış və bir sıra tamaşalarda oynamışam. Bu həqiqətən mənim üçün maraqlı idi. Rəsmi fəaliyyətimə isə “Star GSM” mağazasında kreditor kimi işləməyə başladım. 2020-ci ildən Design Street şirkətində satış meneceri kimi fəaliyyət göstərirəm. Əylənmək və insanların üzündə təbəssüm oyatmağı sevirəm. Sosial şəbəkələrlə də aram heç pis deyil. Boş zamanlarımda internet vasitəsilə maraqlı məlumatlar almağı və paylaşmağı sevirəm. Hobbillərim futbol izləmək (bəli, sadəcə izləmək) və gəzməkdir.[/dt_sc_testimonial]