VİDEO MONTAJ
Videoları montaj etmək mövcud video şəkillərin üzərində işlənmək və yeni bir iş yaratmaq üçün onlara lazımi effektlərin verilməsi prosesidir.
Videoları niyə montaj etməliyik?
Videoların montaj olunması üçün bir çox səbəblər vardır. Montaja başlamamışdan əvvəl mütləq şəkildə montaj etdiyiniz videonun hansı hissəsində dəyişiklik etməli olduğunuzu bilməlisiniz. Bəs bunlar hansılardır?
1.Lazım olmayan hissələri videodan çıxarmaq.
Bu ən sadə və ən vacib addımlardan biridir. Belə ki, bir çox video qüsurları və ya istənməyən hissələri aradan qaldırmaqla videonu qaydaya salmaq olar.
2.Ən yaxşı görüntünü seçmək.
Çəkiliş zamanı adətən bir neçə versiyadan istifadə olunur. Montaj zamanı ən yaxşı versiyanı saxlamaq lazımdır.
3.Ardıcıllıq.
Videoların əksəriyyəti məlumat xarakterli olur. Hər hansısa bir mövzu haqqında danışır. Bu səbəbdən də videolarda ardıcıllıq vacibdir.
4. Effektlər, qrafika, musiqi və s. əlavə etmək.
Bu videonun ən diqqət çəkən hissəsidir. Əlavə effektlər etməklə videonu daha da maraqlı edə bilərsiniz.
5.Videonun stilini, sürətini dəyişdirmək.
Yaxşı redaktor videonu daha baxımlı və maraqlı edə bilər. Videoda olan musiqi, vizual effektlər izləyənlərin marağına səbəb olacaqdır.