DÜNYA BRENDLƏRİNİN LOQOLARI VƏ MƏNALARI HAQQINDA NƏ BİLİRİK?

Test-smozhete-li-vy-ugadat-12-logotipov-izvestnyh-brendov-foto-logotipy-izvestnyh-mirovyh-brendov

1.APPLE
Bu loqo haqqında bir çox “Şəhər əfsanələri” vardır. Bir çox əfsanəyə görə loqodakı dişlənən almanın, Enigma şifrələrini həll edən və kompüterin atası hesab edilən riyaziyyatçı Alan Turingə istinad edilərək hazırlanmasıdır. Turing homoseksual olduğundan dolayı tərkibində sianid olan almanı dişləyərək intihar etmişdi.

Digər əfsanəyə görə isə   Ron Wayne İssak Nyutonun başına düşən almanı təsvir edərək bu loqonu hazırlamışdı. Daha sonra isə simvolun gilas ilə qarışdırılmaması üçün dişlənmiş detalı əlavə edilmişdi.
Digər iddialara görə isə Stiv Cobsun Adəm və Həvvanın cənnətdən qovulmasına səbəb olan almadan ilham alaraq loqonun indiki kimi olmasını istəyib.

2. MERCEDES-BENZ
Havada, quruda, dənizdəki hakimiyyət və keyfiyyət. Daimler Chrysler ilə müştərək çalışaraq avtomobil istehsal edən Carl Benz avtomobilə qızının Mercedes Benzin adını verir.

3. AUDİ
Adını firmanın rəhbərlərindən olan mühəndis August Horch tərəfindən verilən Audinin loqosundakı 4 halqanın mənası avtomobil birliyi üçün ittifaq quran 4 firmanı təmsil edir.

4.LACOSTE
Firmanın adı məşhur tennis ustası və modelyeri olan fransız Rene Lacostedən götürülüb. 1926-ci ildə çempionluğu qazanan vaxt üzərində özünün dizaynı ilə hazırlanmış ağ köynək var idi. 1927-ci ildə Davis Kuboku ərəfəsində timsah dərisi bir çemodan üzərinə oynadığı mərc səbəbindən Amerikan mətbuatı ona “Timsah” ləqəbini qoymuşdur. Dostu Robert Geore tennis oynadığı zaman geyindiyi köynəyə timsah rəsmi də əlavə edir. Timsah loqosu da belə yaranır.

5.COCA-COLA
Bir çoxumuzun bəlkədə ən sevdiyi qazlı içkilərdən biri. Mənası “Dadlı və Təzə” anlamına gələn içkinin loqosunu “Coca-Cola” formulunu icad edən Dr. Pembertonun şəriki və eyni zamanda mühasibi Frank Robinson, iki C hərfinin mükəmməl estetiklik yaradacağını düşündü. Öz əl yazısı ilə “Coca-Cola”nın bugünə qədər dəyişmədən gələn loqosunu yaratdı.

6. Porsche
Porsche emblemindəki qara at Almaniyanın Ştutqart şəhərinin gerbindən götürülüb. Maral buynuzu ilə qırmızı-qara rənglər isə Almaniyanın Württemberg bölgəsinin gerbidir.

Polo
At üzərində polo oynayan kişi fiquru klassik bir modeli əks etdirsə də hər zaman diqqət cəlb etməyə nail ola bilib. Markanın əsası 1967-ci ildə qoyulsa da loqonun tarixi 1974-cü ilə dayanır. Markanın loqosunda polo oyununa aid fiqur əks olunmasının səbəbi brendin ilk kolleksiyasının Polo Ralph Laurenlə əlaqədar olmasıyla bağlıdır. Markanın məşhurluq qazanmasının bir digər səbəbi polo oyununun üst sinif bir oyun olmasıyla əlaqədar idi. Markaya aid bir digər maraqlı məqam isə brendin Asiyaya məxsus olub, 20-ci yüzillikdə Amerikada populyarlıq qazanmasıydı.