BİZİM
HEKAYƏMİZ
Design Street 2019-cu ildən reklam, dizayn, çap və outdoor reklam sahəsində fəaliyyət göstərir. Bizim əsas məqsədimiz sadəcə xidmət göstərmək deyil, hər bir brend üçün dərindən düşünülmüş, yadda qalan və satışa təsir edən vizual həllər yaratmaqdır.
İşimizdə ən çox önəm verdiyimiz dəyərlər sürət, keyfiyyət və dəqiqlikdir. Sifarişlərin vaxtında və problemsiz təhvil verilməsi bizim iş prinsipimizin əsas hissəsidir. Həm kiçik, həm də böyük həcmli işlərdə eyni məsuliyyət və diqqətlə yanaşırıq.
Qrafik Dizayn
Brendinizin kimliyini əks etdirən kreativ dizayn həlləri ilə ideyalarınızı estetik və peşəkar vizuallara çeviririk.
Vİzual Reklam
Diqqət çəkən vizual reklam həlləri ilə brendinizin tanınmasını artırır, mesajlarınızı daha təsirli və yadda qalan formada təqdim edirik.
Promo
Şirkətinizin imicini əks etdirən fərdi promo məhsullar və korporativ hədiyyələrlə brendinizin müştərilərinizdə xoş təəssürat yaratmasına kömək edirik.
Çap
Müasir çap texnologiyaları və keyfiyyətli materiallardan istifadə edərək reklam və korporativ çap məhsullarınızı dəqiqliklə hazırlayırıq.
Biznesiniz üçün təqdim
etdiyimiz kreativ xidmətlər.
Çap Xidməti
Vizitkart, buklet, kataloq, flayer, poster və digər çap məhsullarını yüksək keyfiyyətlə hazırlayır və istehsal edirik.
Dizayn Xidməti
Brendinizin vizual kimliyini gücləndirən kreativ və peşəkar dizayn xidmətləri təqdim edirik.
Promo Xidməti
Məhsul və xidmətlərinizi daha geniş auditoriyaya çatdıran promo dizaynlar və materiallar təqdim edirik.
Vizual Reklam
Şəhər mühitində maksimum görünürlük üçün effektiv outdoor reklam dizaynları və çapı təqdim edirik.
Güclü Partnyorlarımız
və Etibarlı Əməkdaşlıqlar
Uğurumuzun əsasını təşkil edən partnyorlarımızla uzunmüddətli və etibarlı əməkdaşlıq qururuq. Birlikdə həyata keçirdiyimiz layihələr sayəsində daha böyük nailiyyətlər əldə edir, xidmətini inkişafına töhfə veririk.











