GÜLBƏNİZ ABBASOVA

Abbasova Gülbənİz

Mən Abbasova Gülbəniz -“Design Street” şirkətinin Qrafik dizayneri. Soyuq və qarlı noyabr günlərinin birində Rusiya Federasiyasında dünyaya göz açmışam. 10 yaşımdaykən ailəmlə birgə doğma Azərbaycanımıza, Bakıya köçmüşük. Şablon olsa da, məktəb vaxtı dərslərimi maksimum yaxşı oxumuşam. Bir şeydən çox yaxşı əmin idim – gələcəkdə sahiblənəcəyim peşəm mütləq şəkildə kompüterlə əlaqəli olmalıdır. İllər keçdi. Nəhayət, 2015ci ildə məktəbi bitirib, abituriyentlik stressi ilə yaddaqalan elə həmin ildəcə tələbə adına yiyələndim. İnformasiya Texnologiyaları və Sistem mühəndisliyi ixtisası ilə Azərbaycan Dövlət Neft Akademiyasına (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) qəbul oldum. 2019-cu ildə universiteti Fərqlənmə Diplomu ilə bitirdim. Bir müddət sonra Design Street şirkətində “Qrafik dizayner”-likdən təcrübə keçdikdən sonra işə başladım. Özümü daim inkişaf etdirməyi və qrafik dizaynın “dünyasını” dərindən öyrənməyi özümə hədəf olaraq görürəm.