SOSİAL MEDİA MARKETİNQ

SOSİAL MEDİA MARKETİNQ
Nədİr Sosİal medİa marketİnq(SMM)?

Niyə bu qədər məşhurdur?
Hər kəsə məlumdur ki, hal-hazırda insanlar televizorlardan, qəzetlərdən, jurnallardan daha çox telefonlardan, istifadə edir.  Belə olduğu halda sosial şəbəkələr reklam üçün digər yollardan daha sərfəlidir. Bu yolla istənilən qədər auditoriya kütləsi toplayaraq reklam etmək mümkündür.
Lakin bunu xüsusi olaraq qeyd edək ki, sosial şəbəkələrdə auditoriyanı pulla ələ almaq mümkün deyil, onların inamını qazanmaq, marağını cəlb etmək lazımdır. Bəs bunu necə etmək olar?
Bu işdə sizə SMM (Sosial media marketinq) kömək edəcək. Sizin və ya müəsisənizin reklamını daha geniş kütləyə çatdıracaq. Sosial media marketinqi müştərinin, məhsul və ya xidmət satan şirkətin saytına giriş etməsində effektiv rol oynayır. Sosial media marketinqində reklam paylaşaraq hədəf auditoriyanızı istənilən sayda artıra bilərsiniz.
Bütün bunlarla yanaşı həm də sosial media marketinqi ənənəvi marketinqdən bir sıra üstün cəhətlərinə görə fərqlənir. Belə ki, ənənəvi marketinqdən fərqli olaraq sosial media marketinqində rəqəmsal alətlərlə hədəf auditoriyanızı dəqiqliklə müəyyənləşdirə bilərsiniz.