QRAFİK DİZAYN

91285082_869087233607237_6393027063945207847_n

Qrafİk dİzayn

Son zamanlar çox eşitdiyimiz və hər yerdə izinə rastlaşdığımız Qrafik dizayn haqqında sizə məlumat vermək istəyirəm. Nədir bu qrafik dizayn, nə vaxt yaranmışdır?
▶Qrafik dizayn anlayışı ilk dəfə 1922-ci ildə William Addison Dwiggins-ə aiddir. Lakin qrafik dizayn tarixi isə daha qədimlərə e.ə 14000 illərə dayanır. O dövr mağaralarda çəkilən şəkillər, yazılar və s. ilkin qrafik dizayn nümunələri hesab olunur.
▶1450-ci illərdə Johann Gutenberg Avropada mətbəəni kəşf etdikdən sonra qrafik dizayn sahəsində müxtəlif yeni yazı tipləri və kompozisiyalarda inkişaf etməyə başlayır. Lakin qrafik dizayn sahəsi üzrə əsas irəliləyişlər sənayeləşmə və müasir həyata keçid ilə ortaya çıxan, xüsusən də fotoqrafiyanın kəşfi ilə ortaya çıxan İmpressionizm və Post-İmpressionizm hərəkətlərindən sonra başladı. Çünki rəssamlıq sənəti fərqli bir istiqamətdə irəliləməyə başladı və qrafika, afişa, məhsul kataloqu və s. inkişaf etdi.  Xüsusəndə qəzetlərin nəşrindən sonra reklam ön plana çıxır.
XIX əsrin sonu XX əsrin əvvəllərində reklam agentlikləri, kitab naşirləri və jurnallar məzmuna uyğun bir ifadə yaratmaq üçün ünsiyyətin bütün vizual elementlərini çatdıra bilən qrafik dizaynerlərlə işləməyə başladılar.  XX əsrdə bədii və kommersiya imkanlarının mümkünlüyü, dizaynerlər üçün mövcud olan texnologiya qrafik dizayn sahəsini daha da inkişaf etdirdi.