NİYƏ İNSTAGRAM İNSANLARDA BU QƏDƏR MARAĞA SƏBƏB OLDU?

akrales_180614_1777_0229.0

NİYƏ İNSTAGRAM İNSANLARDA BU QƏDƏR MARAĞA SƏBƏB OLDU?
İnstagram 2010-cu ildə qurulub. İlk qurulduğu həftə 220.000 istifadəçi tərəfindən istifadə edildi və  buda dərhal diqqəti cəlb etdi. 2 il sonra isə İnstagram 35 milyon istifadəçiyə çatdı və 50 milyon dollarlıq investisiya qazandı.
2012-ci ildə Facebook tərəfindən 1 milyard dollara satın alınarkən İnstagramın 13 işçisi vardı. İnstagram və Facebook reklam paneli haqqında ortaq bir rəhbərliyə sahibdirlər. İnstagramda reklam etmək istəyənlər Facebook reklam panelindən istifadə edirlər.

İnstagram 2011-ci ilin yanvar ayında Tech Crunch tərəfindən verilən “Ən yaxşı mobil tətbiqetmə” kateqoriyasında mükafatlar qazandı və özünü bir şəkildə sübut etdi. Eyni tarixlərdə, İnstagram öz “hashtag” yəni etiket (#) sistemini elan etdi. Beləliklə, istifadəçilər yalnız dostları ilə deyil, eyni etiketi istifadə edən bütün istifadəçilərlə də əlaqə qurmaq imkanı əldə etdilər.

BƏS İNSTAGRAMI DİGƏR SOSİAL ŞƏBƏKƏLƏRDƏN FƏRQLƏNDİRƏN NƏ OLDU?
İnstagram istifadəçiləri fotolarını İnstagram filtrləri vasitəsi ilə dəyişdirə və peşəkar fotoşəkillərə çevirə bilərlər. Əlbəttə ki, bununla məhdudlaşmır. İstifadəçilər müxtəlif effektlərlə zənginləşdirdikləri bu fotoları dostları ilə dərhal paylaşa bildilər.

İNSTAGRAMDA OLAN XÜSUSİYYƏTLƏR:
1. Foto
İnstagramdakı müxtəlif filtrlər və effektlərdən istifadə edərək redaktə oluna və paylaşıla bilər. Şəkillər eyni zamanda, müxtəlif ölçülərdə hazırlana bilər. Şəkilləri paylaşmaq, hashtag etmək, mətn yazmaq və insanları etiketləmək olar.
2. Video

İnstagram-da müxtəlif filtrlər və effektlərdən istifadə edərək video paylaşmaq mümkündür. Eyni şəkildəki kimi videoları paylaşmaq, hashtag etmək, mətn yazmaq və insanları etiketləmək olar.

3.Direct message
Siz rahatlıqla dostlarınızla mesajlaşa bilərsiniz.
4.Hekayələr (stories)
Snapchat’ın bir xüsusiyyəti olan “Hekayə” paylaşımı İnstaqramda da istifadə olunur. Hekayədə 24 saatlıq foto və video paylaşmaq mümkündür. Hekayələri maraqlı etmək üçün istifadəçilər hekayəni paylaşarkən bir yer bildirişi, gif, etiket, emoji, sual – cavab, söz və ya mətn əlavə edə bilərlər.
5. IGTV (Instagram Tv)
Normalda İnstagram-da video paylaşmaq istəsəniz, müddəti 1 dəqiqədir. Hekayələrdə paylaşılan videoların müddəti 30 saniyədir. Instagram, bu məhdudiyyətləri istifadəçilər üçün cansıxıcı hesab etdiyindən artıq videoları  1 saat ərzində IGTV paylaşmaq olur.
6.Arxiv.
İnstagramda bir paylaşımı paylaşmaq istəməyən lakin, silmək istəməyən istifadəçilər üçün ən yaxşı seçimdir.

7. Hərəkətlər
İstifadəçinin İnstagram-da keçirdiyi gündəlik və həftəlik vaxtı Əməliyyatlar sekmesindən öyrənməsi mümkündür.
8.Statistika
İnstagramdakı korporativ hesablardan istifadə edən səhifələr üçün statistika xüsusiyyəti aktiv edildi.
9. Kaydedilenler

İnstagramdakı hər hansı bir səhifədə gördüyünüz məzmunu görmək istəyirsinizsə, onu saxlaya bilərsiniz. “Saxla” xüsusiyyəti ilə İnstagram istifadəçilərə offline olduqları halda da saxladıqları məzmunu görməyə imkan verir.
10. Özəl hekayə

İnstagramda paylaşılan hekayələr 24 saatdan sonra silinir. İnstagram, hekayə arxivini açıq şəkildə yaratmaq istəyən istifadəçilər üçün Featured Story xüsusiyyətini aktiv etdi.