SOSİAL MEDİA

Dünyada nə qədər insan sosial mediadan istifadə edir?
Müasir dövrdə özümüzü sosial şəbəkələr olmadan təsəvvür etmək biraz bəlkədə bəzilərimiz üçün olduqca çətindir. Bəs heç düşünmüsünüzmü ki,  Yer kürəsində nə qədər insan sosial mediadan istifadə edir?
We Are Social 2020 Rəqəmsal Hesabatının məlumatına görə ümumilikdə 3,8 milyarddan çox insanın sosial media platformalarında olduğu bildirildi.
Hesabatda, internet istifadəçilərinin sayı 2019-cu ildə 298 milyon artaraq 4,5 milyarda çatdığı, interneti olmayan istifadəçilərin sayı 3,2 milyard olduğu bildirilir.
Hansı ölkə internetdən daha çox istifadə edir?
Bu sualında cavabı çox maraqlıdır. Gün ərzində Yer kürəsində ortalama hesablamalara görə insanlar internetdən 6 saat 43 dəqiqə istifadə etdikləri halda, Filippində gün ərzində 9 saat 45 dəqiqə istifadə edirlər. Ən maraqlısıda odur ki, ən az internetdən istifadə edən ölkə Yaponiyadır 4 saat 22 dəqiqə.
Bəli bizə nə qədər qəribə gəlsədə bu adamlar digər ölkələrə nisbətən internetdən daha az istifadə edirlər. Bəlkədə yaponlar internetdən necə deyərlər “az və öz” istifadə edirlər. Qısa zaman ərzində lazım olanı edirlər.
Yenə də eyni hesabatda ən çox seçilən saytların başında Google və YouTube durur.
Təəccübləndikmi?
-Əlbəttəki yox
Yaxşı bu sosial mediadan nə qədər insan istifadə edir?
Hesabatda sosial medianın istifadəsi ilə bağlı verilən məlumatlar belədir: “Dünya əhalisinin demək olar ki, yarısı (3,8 milyard insan) sosial mediadan istifadə edir. Son bir ildə istifadəçilərin sayı 321 milyon artıb. Dünyadakı sosial media istifadəçilərinin 45% qadınlar, 55 % isə kişilərdir. Sosial mediaya sərf olunan ortalama gündəlik vaxt 2 saat 24 dəqiqədir. Filippin sosial mediada da gündəlik istifadə 3 saat 53 dəqiqə ilə siyahıda birinci yerdədir  ” Youtube, WHatsAppdır. TikTokun 800 milyon istifadəçisi var, onlardan 500 milyonu Çindəndir.
Göründüyü kimi bəzi ölkələr günün yarıdan çoxunu internetdə keçirdiyi halda, bəziləri isə internetin ümumiyyətlə nə olduğu haqqında təsəvvürə belə malik deyillər. Sonda isə internet müasir dövrümüz üçün vacib ünsürlərdən biridir. Düzgün istifadə etsək daha çox şey qazanmış olarıq.